Sed ut perspiciatis unde omnis iste natus error

2018-06-14

İlk öncə onu qeyd edək ki, bədəndəki bütün sistemlər, orqanlar və hüceyrələr kifayət qədər su olmadan funksiyalarını yerinə yetirə bilməzlər.

Bədəndə daşıyıcı vəzifəsini yerinə yetirən su, hüceyrələrə qida və oksigen daşıyır, qan və linfa sisteminin böyük bir hissəsini təşkil edir. Bədən istiliyinin normallaşmasına yardım edir.

  • Beyin - beyin hüceyrələrini qidalandırır, beləliklə diqqəti və enerjini artırır, sürətli düşünməni təmin edir. Bəlkə də həyatınızda bəzi kiçik detalları unutmaq, fikri toplaya bilməmək kimi hallar artıq başlayıb. Odur ki, su içməyi unutmayın.
  • Çəkini azaldır - Yəqin ki, bir çox mənbədən "Sağlam arıqlamaq üçün su için" tipli məsləhətləri oxumusunuz. Bəli! Su orqanizmi qidalandırır, toxluq hissi yaradır, beləcə daha az yemək ehtiyacı yarandıqca, çəki azalır. Yadda saxlayın ki, suyun içilməsi azaldıqca bədəndə olan yağın miqdarı artır.
  • Böyrəklər - Böyrək daşlarının yaranma riskini azaldır. Böyrəklərin toksik maddələrdən təmizlənməsinə kömək edir.
  • Dəri - Su dərini nəmləndirir, daha yumşaq və hamar edir, təravətli, həmçinin parlaq görünməsini təmin edir. Yaşlanma əleyhinə olan vasitələrin ən təbiisi və ən yaxşısıdır.
  • İmmun sistemi - orqanizmdən toksinləri, zərərli maddələri kənarlaşdırır, soyuqdəymələr, xərçəng, allergik xəstəliklərə qarşı immun sistemini gücləndirir. Övladlarınızın güclü immuniteti üçün onlarda su içmək vərdişi yaratmaq lazımdır.
  • Təbii ağrıkəsici - Bu içki baş ağrıları və miqren üçün sınanmış təbii ağrıkəsici hesab olunur. Əgər lazımi miqdarda su qəbul etsəz, baş ağrılarınız azalacaq. Çünki, beyniniz normal qidalanacaq.
  • Oynaqlar və əzələlər - Lazımi miqdarda su əzələləri elastik edir və oynaqların rahat hərəkətini təmin edir. Beləliklə dartılmaların, burxulmaların qarşısını alır. Bu gedişlə, bədəniniz daha elastik olacaq və daha rahat hərəkət edəcəksiniz.
  • Yüksək əhval-ruhiyyə - orqanizmin su ehtiyacı ödənildikdə o, öz funksiyalarını daha yaxşı yerinə yetirdiyinə görə gün ərzində insanın əhval-ruhiyyəsi yüksək olur. Yüksək əhval isə həyatınızın bütün sahələrinə öz müsbət təsirini mütləq ki göstərəcək. Ən uğurlu insanların su içmək vərdişi yəqin ki, hər kəsə məlumdur.
  • Sərfəli - Su bütün müalicələrdən, həkim müayinələrindən, problemlərdən, dərmanlardan daha ucuzdur. Ən əsası isə, xeyirlidir!