Qiymət: 2 azn
Həcmi: 1 qutu/12 ədəd
İtburnu nektarı – multivitamin xüsusiyyətləri ilə yanaşı mədə-bağırsaq traktının fəaliyyətini və sidikqovucu xüsusiyyətə malikdir, iltihaba qarşı mübarizə aparır. Vitamin C, askorbin turşusu ilə zəngin olan, itburnu ektarı bədənin bir çox oksidləşmə prosesində iştirak edir. Eksperimental olaraq sübut olunub ki itburnu nektarı, aterosklerozun inkişafını zəiflədir: onun təsirindən qan xolesterol səviyyəsi təbii olaraq azalır. İtburnu nektarının zəngin olduğu Vitamin P, qan damarlarının keçiriciliyi və kövrəkliyini azaltmağa kömək edir, askorbin turşusunun mənimsənilməsi prosesini gücləndirir. A Vitamini ümumi bədən müqavimətini artırır. B1, B2 vitaminləri sarı fermentin yaranmasında iştirak edir, görməni yaxşılaşdırmağa kömək edir, qanı formalaşdıran orqanlara təsir göstərir. Vitamin K protrombinin meydana gəlməsində iştirak edir və qanın normal dövran etməsinə kömək edir.