İçməli su sektorunda milli brend olan Şeh su 3 ildən  artıqdır ki, Azərbaycan bazarında fəaliyyət göstərir.  “Şeh” qrupun bir hissəsi olan və Qusar rayonu, H. Şərifov 24 ünvanında istehsal olunan Şeh su Bakı, Xırdalan və Sumqayıtda təqdim etdiyi keyfiyyət su ilə müştərilərinin zövqünü oxşayır. Sertifikatlaşmış və ekoloji təmiz qalbaşdırmada müştərilərə xidmət göstərən “Şeh” su bazarda 0.5, 1, 5 və 19 litrlik qablarda alıcılara təqdim olunur. Şeh su əsl sağlam həyat tərzini dəstəkləyənlər üçün Böyük Qafqaz dağlarının ətəklərindən, yerin ən dərinlərindən süzülüb gələn nemətdir. Yüngül və saf təbii dada malik olan Şeh suyu içildiyi zaman Qafqaz dağlarının təravəti hiss olunur.

 ŞEH su 0,5; 1; 5; və 19 litrlik polikarbonat qablara doldurulur ki,  bu da suyun saxlanma müddətini on dəfələrlə artırır. Su beş mərhələli filtrasiya və mineral tərkibini balanslaşdırılması proseslərindən keçdikdən sonra ozonlaşdırılır. Suyun zəngin tərkibində Ph, HCO3, Cl, SO4, Na, K, Ca, Mg kimi element və mineralların ən optimal həcmi saxlanmışdır, PH dəyəri 8.5 – dir.

2017-12-10